23 min hektardan çox ərazi neftlə çirklənib

23-min-hektardan-cox-erazi-neftle-cirklenib-
Oxunma sayı: 978


“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov söyləyib.

Bildirilib ki, ərazidə neftlə çirklənmiş torpaqlar 23 min 428 hektar, çirklənmiş göllər isə 7 min180 hektardır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmizlənmiş və rekultivasiya olunmuş torpaqların ümumi sahəsi isə təqribən 800 hektardır.

İnstitut direktoru vurğulayıb ki, 100 ildən artıq müddətdə quruda neft hasilatı və sənaye istehsalı nəticəsində torpaqların çirklənməsi bu problemləri yaradan başlıca səbəblərdəndir.

Bərk məişət tullantılarının idarə edilməsindəki problemlərlə əlaqədar yaranmış qeyri-qanuni tullantı sahələrinə də toxunan İ.İsbatov deyib ki, “Böyük Bakı” ərazisi üzrə bərk tullantıların illik həcmi 1 milyon 200 min tondur. Balaxanı poliqonuna 700 min ton tullantı daşınır ki, bundan 200 min tonu təkrar emal olunur, 500 min tonu isə yandırılır.