23 yaş kiçik sevgilisini bıçaqlayan məhkəmə önündə

23 yaş kiçik sevgilisini bıçaqlayan məhkəmə önündə
Oxunma sayı: 702

Özündən 23 yaş kiçik sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin barəsindəki hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ali təhsilli və ailəli olan C.Mustafayev 2012-ci ildə adam bıçaqlamağa görə 3 il həbsdə yatıb. 

Həbsdən çıxdıqdan sonra 1989-cu il təvəllüdlü Raziyyə Verdiyeva ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar. Onların hazırda 1 azyaşlı övladları var. Cinayət də həmin uşağa görə baş verib. R.Verdiyeva aralarında soyuq münasibət yaranan C.Mustafayevin uşaqla görüşünü əngəlləyib. Buna görə də mübahisə zamanı R.Verdiyevi bıçaqlayıb. Onun həyatını xilas etmək mümkün olub. R.Verdiyeva paytaxtdakı barların birində işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Mustafayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti icraata qəbul edilib və proses üzrə ilkin baxış iclası fevralın 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi