23 yaşlı oğlan 3 dayısını yandırdı - - Azərbaycanda+yenilənib

23-yasli-oglan-3-dayisini-yandirdi-
Oxunma sayı: 5183

 

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. 

***

Sumqayıtdakı dəhşətli hadisənin bəzi məqamlarına aydınlıq gəlib. Sumqayıt Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dəhşətli cinayəti törədən Əsgəralı Abbasov polis tərəfindən saxlanılıb. O, pollisə verdiyi ifadədə hadisəni qisas məqsədilə törətdiyini deyib. O, bildirib ki, dayıları onun ata-anasına söyərək tez-tez təhqir edirlərmiş.