230 qız ölkədən qaçırıldı – - Onları satacaqlar

230-qiz-olkeden-qacirildi-
Oxunma sayı: 3178


Anspress-in məlumatına görə, Borno vilayətində baş verən insident zamanı qruplaşma üzvləri yataqxanada qalan yetkinlik yaşına çatmayan qızları silah gücü ilə yük maşınlarına dolduraraq, naməlum istiqamətdə aparıblar. 

Qızların anaları və qohumları paytaxt Abucaya gələrək, Nigeriya parlamentinin binası önündə aksiya keçiriblər. Ailələr qızlarının qaçırılması məsələsində hökumətin hərəkətə keçməsini tələb ediblər. Analar qızlarının xarici ölkələrə satıldığını ehtimal etdiklərini bildiriblər. 

Yerli kütləvi-informasiya vasitələri də qaçırılan qızların Çad kimi qonşu ölkələrin sərhədində satıldığını, onların evlənmək məqsədilə alındığını iddia edir.