230 zabit azadlığa buraxılır- - "Balyoz" işi

230-zabit-azadliga-buraxilir-
Oxunma sayı: 911


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, İstanbul 4-cü Ağır Cəza Məhkəməsi 230 məhkumun azadlığa buraxılmasına qərar verib.

Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi “Balyoz” hərbi çevriliş planı hazırladıqları iddiası ilə uzunmüddətli həbs cəzalarına məhkum edilmiş Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin şikayəti əsasında qərar qəbul edib. Konstitusiya Məhkəməsi 230 zabitin şikayətini birləşdirərək baxıb və həmin şəxslərin konstitusion hüquqlarının pozulduğu qənaətinə gəlib. Bu hüquq pozuntusunun aradan qaldırılması üçün həmin şəxslərin yenidən mühakimə olunması tələb olunur. Konstitusiya Məhkəməsinin qərarından sonra məhkumların azadlığa buraxılması üçün hüquqi əsas yaranıb.  

Qeyd  edək ki, “Balyoz” adlı cinayət işi çərçivəsində aralarında istefada olan ordu generalları və admiralların da olduğu çoxlu sayda istefada və fəaliyyətdə olan zabit həbs edilmişdi. Lakin vəkillər əldə olunan dəlillərin saxta olduğunu bildirirdi.