23,1 ton ərzaq məhv edilib

231-ton-erzaq-mehv-edilib
Oxunma sayı: 640


“Qafqazinfo”nun xəbərinə görə, bunu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi müavini Araz Əliyev deyib. O bildirib ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 43 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 5 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanılıb.

Qeyd edək ki, cari ilin ötən altı ayında həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 23,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.