24 ilə 215 ölkəni gəzdilər - Fotolar

24-ile-215-olkeni-gezdiler
Oxunma sayı: 651

Almaniyalı Kristina və Gunter Holtorf cütlüyü dünyanın 215 ölkəsinə səyahət ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar “Otto” adını qoyduqları maşınla ilk səyahətlərini Afrikaya ediblər. Daha sonra səyahət etməyi adət halına çevirən alman cütlük 215 ölkəni gəzərək 900 min kilometrdən çox məsafə qət ediblər.

2010-cu ildə Kristina dünyasını dəyişib. Gunter isə həyat yoldaşının şəkilini asdığı maşınla daha bir neçə il səyahətə davam edib. O, 77 yaşında səyahətini yekunlaşdırıb.

Hazırda “Otto” adlı “Mersedes-Benz G” markalı avtomobil Ştutqart muzeyində saxlanılır.