2,4 milyon izləyicisi olan məşhur pişik öldü - Fotolar

24-milyon-izleyicisi-olan-meshur-pisik-oldu
Oxunma sayı: 2656

Dünyanın məşhur pişiyi Grumpy Cat 7 yaşında ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tvitterdə 2,4 milyon izləyicisi olan ev heyvanı daha çox qaraqabaq görünüşü ilə tanınırdı. Sahibi Tabathanın 2012-ci ildə şəklini “Reddit”ə yükləməsindən sonra Grumpy Cat fenomenə çevrilib.

“Facebook”da 1,5 milyon izləyicisi olan Grumpy-nin acıqlı görünüşünün səbəbi isə keçirdiyi xəstəliklə bağlı olub.