“24 saatlıq yolu “Qəbələ”ni izləməyə gəlməmişik”

“24 saatlıq yolu “Qəbələ”ni izləməyə gəlməmişik”
Oxunma sayı: 1339

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksenburqun "Proqres" klubu "Qəbələ"nin qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu gün baş tutan mətbuat konfransında komandanın baş məşqçisi Paolo Amodio jurnalistlərin suallarını cavablandırıb:

- Özünüzü Qəbələdə necə hiss edirsiz?

- Gözəl yerdi. Yeməklərinizi bəyəndiyim üçün mənə heç bir problem yoxdu. Avrokuboklarda bütün oyunlar vacibdi. Mərhələ keçmək üçün çalışacağıq.

- Əsas hücumçunuz Karapetyan Qəbələyə gəlməyib. O da gəlməməyinin səbəbini türk futbolçunuz Mətinin məsləhət gördüyünü bildirib. Mətin ona nə deyib?

- Klub rəsmisi: Bu çox həssas mövzudu. Ona görə də özüm cavab vermək istəyirəm. Sİzə, azarkeşlərə hörmət əlaməti olaraq ötən mövsüm 59 qol vuran futbolçumuzu bura gətirmədik. Bu sırf hörmət və feir-leylə bağlı məsələdi.

- Ötən il “Reyncers”i mübarizədən kənarlaşdırmışdız. Şotlandiya klubu ilə “Qəbələ” arasında nə fərq var? Hansı daha çətin rəqibdi?

- “Reyncers” daha məşhur komanda ola bilər. Amma biz bura mərhələ adlamaq üçün gəlmişik. Bunun üçün nə lazımdırsa, edəcəyik.

- Çox özünüzə əminsiz. “Proqres”in “Qəbələ”dən hansı üstünlükləri var?

- Biz özümüzə inanmasaydıq, bura gəlməzdik, oyuna çıxmazdıq. “Qəbələ”nin necə komanda olduğunu da bilirik. Amma yenidən tarix yazmaq istəyiriksə, burda 18 döyüşçünün olması vacibdi.

- “Qəbələ”nin heyətində çox dəyişikliklər olub. Baş məşqçi və bir çox futbolçular komandadan gedib. Bu sizin şanslarınızı artırır?

- Hər rəqibə hörmətlə yanaşırıq. Baş məşqçi və bir neçə yaxşı oyunçularının getdiyindən xəbərimiz var. Amma bununla belə icarədə olan oyunçularının komandaya dönməsini, bir yarımmüdafiəçi, bir yaxşı hücumçu aldıqlarını da bilirik. Onlar favoritdi, amma bizim də şansımız var. 24 saatlıq yolu rəqibi izləməyə gəlməmişik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi