24 yaşlı qız ölmək istədi

24-yasli-qiz-olmek-istedi
Oxunma sayı: 654

Ağstafa rayonunda 24 yaşlı qız intihara cəhd edib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Aysel Mayis qızı Bağırova yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etməyə cəhd göstərib. O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.