“243 elektron xidmət “e-gov”a daxil edilməyib”

243-elektron-xidmet-e-gova-daxil-edilmeyib
Oxunma sayı: 653

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qurumların rəsmi saytlarında ümumilikdə 395 elektron xidmət təqdim olunduğu halda, Elektron Hökumət portalına (e-gov) onlardan yalnız 152-si qoşulub. 243 elektron xidmət isə hələlik “e-gov”a daxil edilməyib. Sözügedən siyahıda yer almış bütün elektron xidmətlərin “e-gov”a inteqrasiya olunub, tam gücü ilə fəaliyyət göstərməsi üçün Nazirliyin Məlumat Hesablama Mərkəzində (MHM) müvafiq texniki mühit yaradılıb və bunun üçün bütün lazımi infrastruktur, imkanlar var. Bu gün “Elektron hökumət” portalının fəaliyyəti yalnız təqdim edilən ümumi xidmətlərin konkret sayı ilə məhdudlaşmır. Belə ki, “e-gov” mərkəzi icra hakimiyyəti orqanları, həmçinin yerli özünüidarəetmə orqanlarının və informasiya sistemlərində fərdi məlumatlar formalaşdıran özəl sahələr tərəfindən müvafiq sahələr üzrə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayından daha çox, hətta bir neçə min elektron xidmətin fəaliyyətinin təmin edilməsi üçün yetərli infrastruktura malikdir.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin təşkili hər bir xidmət üzrə hazırlanmış inzibati reqlamentə uyğun həyata keçirilir.

Nigar Məmmədli