246 dövlət əmlakı satışa çıxarıldı

246-dovlet-emlaki-satisa-cixarildi
Oxunma sayı: 1002

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərraca 246 dövlət əmlakı çıxarıb.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, 13 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Bu sahələrə “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler“, “Ləki Sinklənmiş qablar”, “Oğuz Kəndkimya“, “Sabirabad İnşaat Sənaye” və digərləri aiddir. 

Hərraca çıxarılanlar səhm paketləri kapitalın 30-45%-ni təşkil edir. Bu kateqoriyaya çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” ASC-dir. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” ASC-dir. Ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən "Bolluq" bazasıdır.