25 abituriyent imtahandan kənarda qaldı

25-abituriyent-imtahandan-kenarda-qaldi
Oxunma sayı: 631


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, onlar imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon keçirməyə cəhd göstərən abituriyentlərdir. 25 abituriyentin hər biri imtahandan xaric olunub və nəticələri ləğv edilib.

TQDK rəsmisi növbəti imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib. O qeyd edib ki, imtahan gələn abituriyentdən 2 sənəd gətirmək tələb olunur - şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi: “Abituriyentlər  qaydalara zidd hərəkətlərə yol verdikdə, imtahana gətirilməsi qadağan olunan vasitələri, o cümlədən mobil telefon gətirdikdə onlar imtahandan xaric olunacaq, nəticələri ləğv ediləcək”.

Qeyd edək ki, imtahan nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.