“25-ci səhifə”nin təqdimatı oldu

“25-ci səhifə”nin təqdimatı oldu
Oxunma sayı: 656

Gənc yazar Əligül Salamın (Ağayev) “25-ci səhifə” adlı ilk şer kitabının təqdimatı olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təqdimatda xalq artisti Flora Kərimova o cümlədən, bir çox elm, mədəniyyət xadimləri iştirak iştirak ediblər. Bir neçə ildir yaradıcılıqla məşğul olan Əligül Salam müxtəlif mövzularda şeirlər və mahnı sözləri yazıb. 

Simvolik olaraq “25-ci səhifə” 4 fəsildən ibarətdir: axtarış; eşq; vəhdət və musiqi.

Qeyd edək ki, kitabda olan bir çox şeirə musiqi də bəstələnib. Əligül Salam həmçinin bir neçə ildir müxtəlif dövlət layihələrinin (Eurovison 2012, Bakı2015, Formua 1, İslam Həmrəylik Oyunları) təşkilində çalışır.

Kitabı şəhərin müxtəlif kitab dükanlarlından əldə etmək olar.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi