Türkiyəli keçmiş futbolçu Tuqay Kərimoğlu və həyat yoldaşı Etkin Kərimoğlu boşanmaq qərarı alıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Etkin artıq qızlıq soyadı Ünalı istifadə etməyə başlayıb.
O, sosial mediada Tuqay Kərimoğlunu izləməyi dayandırıb və birlikdə çəkdirdiyi fotoları da silib.
Cütlüyün Bərkə və Melissa adlı iki uşağı var.