25 istehsalat müəssisəsi birləşdirildi

25-istehsalat-muessisesi-birlesdirildi
Oxunma sayı: 2566

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarında dəyişikliklər edilib.

“Qafqazinfo” xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı yeni qərara görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 25 kənd təsərrüfatı istehsalat müəssisəsi birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
 
Həmçinin qərar ilə, “Ağdam atçılıq təsərrüfatı” sözləri “Qarabağ atçılıq zavodu” sözləri ilə əvəz edilib.