2.5 kiloqram marixuana tutuldu

25-kiloqram-marixuana-tutuldu
Oxunma sayı: 746

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, narkotik istifadəçisi olan bir nəfər barədə daxil olan məlumatın doğruluğunu yoxlamaq üçün yaradılan əməliyyat qrupu həmin şəxsin ünvanını dəqiqləşdirərək əməliyyat-axtarış tədbirlərinə başlayıb. Rayonun S.Vurğun küçəsində yaşayan, əvvəllər məhkum olunmuş  Eldar Çumarinin yaşadığı mənzilə baxış zamanı oradan qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Ekspertiza tərəfindən narkotik vasitənin ümumi çəkisi 2,5 kiloqram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.