25 və 27 yaşlı gənclər intihar etdi - Azərbaycanda

25-ve-27-yasli-gencler-intihar-etdi
Oxunma sayı: 3462

Ötən gün Cəlilabadda intihar hadisəsi qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Qasımov Sahib özünü asaraq intihar edib. Hadisənin səbəbləri araşdırılır.

Eyni gündə daha bir intihar hadisəsi Masallıda baş verib. 1992-ci il təvəllüdlü rayon sakini Ravin Həmzəyev özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma başlanıb.

Murad Əhməd