25 yaşlı qız Kürdə batdı

25-yasli-qiz-kurde-batdi
Oxunma sayı: 2983

Sabirabadda 25 yaşlı qız Kür çayında boğulub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 1994-cü il təvəllüdlü Babayeva Fidan Məmmədağa qızının batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu F.Babayevanın meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.