26 milyarderin sərvəti 3,8 milyard yoxsulun sərvətinə bərabərdir - Araşdırma

26-milyarderin-serveti-38-milyard-yoxsulun-servetine-beraberdir
Oxunma sayı: 933

Dünyada son 10 ildə milyarderlərin sayı iki dəfə artıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxfam beynəlxalq xeyriyyə və humanitar təşkilatının Davos Dünya İqtisadi Forumu ərəfəsində hazırladığı araşdırmasında deyilir. 

2018-ci ildə milyarderlərin sayı 2208 nəfər çatıb. Planetin zəngin insanlarının sərvəti gündəlik olaraq 2,5 milyard dollar artır. 

Araşdırmada qeyd edilir ki, 2017-2018-ci illər ərzində hər iki gündən bir dünyada bir milyarder peyda olub. 

Oxfam, eyni zamanda, digər faciəli məqama diqqət çəkib. Dünyanın 3,8 milyard yoxsul insanının vəziyyəti ötən il ərzində dəyişməyib. Belə ki, 26 zənginin ümumi sərvəti həmin 3,8 milyard yoxsulun ümumi sərvətinə bərabərdir. 

Araşdırmada qeyd edilir ki, dünyanın ən zəngin insanı olan, “Amazon”un sahibi Ceff Bezosun sərvəti 11 milyard dollara qədər artıb. Onun sərvətinin cəmi bir faizi 105 milyon əhalisi olan Efiopiyanın səhiyyə sisteminin ümumi büdcəsinə bərabərdir.