2.6 milyon körpə doğulandan bir ay sonra ölür

26-milyon-korpe-dogulandan-bir-ay-sonra-olur
Oxunma sayı: 845

BMT-nin Uşaq Fondu (UNICEF) yeni doğulan körpələrin ölüm sayını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat bir milyon körpənin doğulduğu gün,  2.6 milyon körpənin isə bir ay sonra vəfat etdiyini açıqlayıb. 

UNICEF-in araşdırmasının nəticələrinə görə erkən doğumdan sonra müayinə əksikliyi, doğumda yaşanan problemlər, ağciyər iltihablanması və qan zəhərlənməsi kimi problemlər yeni doğulan uşaq ölümlərinin səbəblərindəndir.

Məlumata əsasən ən çox körpə ölümü Pakistan, Mərkəzi Afrika Respublikası və Əfqanıstanda baş verir. Hesabatda körpələrin həyatda qalma nisbətinin ən yüksək olduğu ölkələr isə Yaponiya, İslandiya, Sinqapur olduğu bildirilib.

Ülviyyə