26 yaşlı gənc ürəyindən bıçaqlanıb

26-yasli-genc-ureyinden-bicaqlanib
Oxunma sayı: 1448

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
 
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.