26fevral.az layihəsi təqdim olunacaq

26fevralaz-layihesi-teqdim-olunacaq
Oxunma sayı: 1069


“Azərsun Holdinq” dinc sakinlərin qətlə yetirildiyi dəhşətli faciə ilə əlaqədar olaraq bu ildə ənənəsinə sadiq qalaraq, müxtəlif tədbirlər həyata keçirir. “Azərsun Holdinq” bu faciə barədə müxtəlif məlumatların yer alacağı www.26febral.az (eyni zamanda www.26february.az) veb portalı layihəsini təqdim etməyə hazırlaşır. Layihə daxilində faciənin qurbanları və şahidlərinin xatirələri lentə alınaraq, filmlər hazırlanıb və onlar www.26febral.az (eyni zamanda www.26february.az ) veb portalında yerləşdiriləcək.

Ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakini dinlənilərək lentə alınır və qiymətli video arxiv yaradılır. Layihənin birinci mərhələsində müəyyən sayda film təqdim olunacaq və layihə 1 il boyunca davam edəcək.

Xocalıya ədalət kampaniyasına dəstək olaraq Xocalı rayon İcra Hakimiyyəti bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin köməyi ilə həyata keçirilən layihə “Azərsun Holdinq”in yaxından dəstəyi ilə ərsəyə gəlib.

Bundan əlavə “Azərsun Holdinq” Xocalı soyqırımının daha geniş insan kütlələrinə çatdırılması üçün bu faciənin canlı şahidi olmuş Səriyyə Müslimqızının müəllifliyi ilə ərsəyə gələn “Dünya susmasın gərək” kitabının çap edilməsinə də dəstək verdi.

Xocalı Faciəsi ilə bağlı şahidi olduğunuz, eşitdiyiniz və əmin olduğunuz bir tarixçə, bir hekayə varsa siz də bildirin. Siz və ya tanıdığınız insan hadisəni nəql etsin, biz də lentə alaq, film edək və www.26fevral.az saytında paylaşaq.

Qeyd edək ki, “Azərsun Holdinq” Xocalı faciəsinin növbəti ildönümünü qeyd etmək üçün müxtəlif tədbirləri həyata keçirməyə davam edir.