27 İŞİD üzvü məhv edildi

27-isid-uzvu-mehv-edildi
Oxunma sayı: 837

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Nanqaxar vilayətinə zərbələr endirib.

Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama verib.

Hücumlar nəticəsində 27 İŞİD üzvü məhv edilib.

Ekspertlər son zamanlarda ölkənin Loqar, Nanqaxar, Hilmənd, Kunduz, Cauzdcane və Pərvanə vilayətlərində radikalların möhkəmləndiyini qeyd edirlər.