27 yaşlı Gəncə sakini özünü bıçaqladı

27-yasli-gence-sakini-ozunu-bicaqladi
Oxunma sayı: 1577

Gəncədə bıçaqlanma hadisəsi olub. 

“Qafqazinfo”nun xəbərinə görə, şəhər sakini 1991-ci il təvəllüdlü İsmayılov İbrahim döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, İ.İsmayılov özü-özünü bıçaqlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli