27 yaşlı oğlanı küçədə bıçaqladı

27-yasli-oglani-kucede-bicaqladi
Oxunma sayı: 2382

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bıçaqlanma şəxsi münasibətlərin pozulması zəminində baş verib: “1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib”. 

Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.