“28 Mall”un yaxınlığında kişi infarktdan öldü

28-mallun-yaxinliginda-kisi-infarktdan-oldu
Oxunma sayı: 1827

Bakı şəhərində ölüm faktı qeydə alınıb.

“Qafqazinfo”nun AzVision.az-a istinadən məlumatına görə, şəhərin mərkəzində, “28 Mall” ticarət mərkəzinin yaxınlığında naməlum kişi meyiti tapılıb. Əraziyə polis əməkdaşları cəlb olunub. 

İlkin ehtimala görə, 60-65 yaşlı kişi ürək çatışmazlığından dünyasını dəyişib. Onun meyiti morqa aparılıb. Hələlik kimliyi müəyyən edilməyib.