“28 May” metrostansiyası qarşısında bıçaqlanma olub

28-may-metrostansiyasi-qarsisinda-bicaqlanma-olub
Oxunma sayı: 658

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Şəmkir rayon sakini Kərimov Yaşar Adil oğlu metropolitenin "28 May" stansiyası qarşısında tanışı ilə mübahisə edib.

Nəticədə o, tanışı tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.