“28 May”da bədbəxt hadisə - Küçədə öldü + Video

28-mayda-bedbext-hadise
Oxunma sayı: 12428

Bu gün “28 May” metrostansiyasının qarşısında bədbəxt hadisə baş verib.

Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, yaşlı bir kişi yıxılaraq dünyasını dəyişib. Ətrafdakı insanların ilkin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Nəsimi Rayon Polis idarəsindən "Qafqazinfo"ya faktı təsdiqləyiblər. Bildirilib ki, meyitin şəxsiyyəti hələ ki, məlum deyil, bu istiqamətdə işlər aparılır.

***

Ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur. 

***

Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.