“28 May”da oğurluq oldu

28-mayda-ogurluq-oldu
Oxunma sayı: 645

Mayın 14-də metronun «28 May» stansiyasında Abşeron rayon sakini Atabala Abıyev və Quba rayon sakini Fəzail İbrahimov Ucar rayon sakini Könül Məmmədovanın əl çantasından mobil telefonunu oğurladıqları üçün Metropolitendə PŞ CAQ-ın əməkdaşları tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, A. Abıyev mayın 13-də həmin stansiyada Asim Mürsəlovun da cibindən içərisində pul, Kapital Banka məxsus kart və şəxsi sənədlər oğurlayıb.

Mayın 5-də M. Qaşqay küçəsində Bakı şəhər sakini Anar Nəsibov bıçaq xəsarətləri ilə KTM-ə yerləşdirilib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Masallı rayon sakini Nurlan Baxşıyev mayın 14-də tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olan Təranə Xudazarova mayın 14-də tutulub.