“28 May”dan nə xəbər?

28-maydan-ne-xeber
Oxunma sayı: 639

Bakı Metropoliteninin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, hazırda eskalatorların quraşdırılması tam sürətlə, cədvələ uyğun aparılır və eskalatorların 4-ü də yerinə qoyulub. İki eskalator sınağa tam hazır vəziyyətdədir. Həftənin sonuna qədər digər iki eskalator da sınağa hazır olacaqdır.

Gələn həftə ərzində eskalatorların sınağı və təkrar yoxlanması aparılacaqdır. Eyni zamanda, kassa və turniket zalları və bütün müvafiq sahələrdə təmir-bərpa işi sürətləndiriləcək.

Yeni eskalatorlar tədris ilinin başlanğıcına - 2012-ci il sentyabrın 15-dək tam hazır vəziyyətdə sərnişinlərin istifadəsinə veriləcək.