28 məntəqəni birləşdirən yol tikiləcək - 11,3 milyon manat ayrıldı

28-menteqeni-birlesdiren-yol-tikilecek
Oxunma sayı: 3116

Prezident İlham Əliyev avqustun 18-də “Lerik rayonunun Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, 8 min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 11,3 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə həmin maliyyələşməni təmin etmək tapşırılıb.