28 yaşlı Kürdəmir sakini qəzada öldü - Video

28-yasli-kurdemir-sakini-qezada-oldu
Oxunma sayı: 2097

Kürdəmirdə yol qəzası piyadanın ölümü ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında rayon mərkəzində qeydə alınıb. 28 yaşlı rayon sakini Valeh Zərbalıyev yolu keçmək istəyərkən minik avtomobil tərəfindən vurulub.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü zərərçəkəni Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda sürücünün kimliyi dəqiq bilinmir.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır.

***

Kürdəmirdə piyadanın ölümünə səbəb olan sürücünün adı məlum olub. Belə ki araşdırma zamanı Kia Optima markalı minik avtomabilinin sükanı arxasında, Kürdəmir rayon sakini 27 yaşlı Həsənli Ruzigar Atamoğlan oğlunun olduğu aşkar edilib.

Rəşad Türkoğlu