2.9 milyardlıq artıma səbəb nədir?

29-milyardliq-artima-sebeb-nedir
Oxunma sayı: 1494

Dövlət Neft Fondu aktivlərinin həcmini açıqlayıb. Məlum olur ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib. Yola saldığımız 9 ay ərzində Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb.

“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, maliyyə məsələləri üzrə iqtsadçı-ekspert Samir Əliyev bildirib ki, artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır: "Artımın 44%-i Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə 1,3 milyard dollar qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub".

Onun sözlərinə görə, funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimiz 232,4 milyon dollar həcmində artırıb. Qızılın bahalaşması da aktivləri artırıb. Belə ki, 9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq 133,3 milyon dollar gəlir gətirib. Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb: "Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna "zibil" reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir”.