3 ailənin yaşadığı ev yandı - Xəsarət alan var

3-ailenin-yasadigi-ev-yandi
Oxunma sayı: 1167

Ağstafada yanğın qeydə alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun Poylu kəndində bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evdə yanğın olub.

Yanğın nəticəsində evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.