3 ay əvvəl nişanını qaytarmışdı - Yeni sevgilisi var...

3-ay-evvel-nisanini-qaytarmisdi
Oxunma sayı: 2379

Məşhur aparıcı Esra Erolun bacısı Eda Erolla nişanı pozulan Alişan özünə yeni sevgili tapıb. 

“Qafqazinfo” xəbər verir ki, “Hürriyet” qəzeti  “Dostlar mahallesi” serial ilə ekranlara geri qayıdan sənətçin eşq yaşaması barədə məlumat yayıb. 

İddia olunur ki, Alişan bir neçə gündür ki, yeni münasibətə imza atıb, sevgilisinin adını mətbuat və dostlarından gizlədir. O, münasibətini bir neçə ay sonra elan etmək niyyətinə düşüb. 

Qəzet Alişanın fikrini öyrənmək istəsə də, o, bu mövzuda danışmaq istəmədiyini bildirib. 

Qeyd edək ki, müğənni Eda Erolla bu ilin iyun ayında nişanlanmış, sentyabrda isə ayrılmışdı.