“3 ay vaxt verilib”

3-ay-vaxt-verilib-
Oxunma sayı: 649

Transfert qiymətlərin qanunda tətbiq olunub-olunmaması ilə bağlı suala aydınlıq gətirən nazir bildirib ki, bunun üçün yeni qanun işlənib hazırlanmalıdır: “Bu çox mürəkkəb prosesdir. Bunun üçün müzakirələr aparılmalıdır. Bunun tətbiqi bir o qədər də asan məsələ deyil. Məsələ qanun və Vergi Məcəlləsinin daxilində hansısa maddələrlə öz həllini tapa bilməz. Bu qanunun tətbiqi üçün mütləq müddət də yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində belə, bu asan həll olunan məsələ deyil. Həm qanunun qəbul edilməsi, həm də tətbiqi çətin məsələdir. Bu ümumi qloballaşan iqtisadiyyatın tərkib hissəsi olmalıdır”.

Nazir eyni zamanda nəğdsiz ödənişlərin həyata keçirilməsi və qeyri-leqal məşğulluğun leqallaşdırılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ bu günə qədər operativ xarakter daşıyan və nəzarət vergi məcəlləsində və digər qanunvericilik aktlarında tətbiq olunan məsələlər olubdur: “Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cənab prezidentin sonuncu fərmanda Vergilər Nazirliyinə xüsusi tapşırıqlar verilib. İki məsələnin ikisi də ayrılıqda qanun şəklində işlənilmə halındadır. Orada həm işçi və işəgötürən arasında müqavilələr, yeni hesabat formalarının hazırlanması, qeydiyyatın elektronlaşdırılması və.s məsələlər nəzərdə tutulub. Daha çox inzibati metodlarla deyil, stimullaşdırma metodları ilə nəğdsiz ödənişləri biz artıracağıq. Cənab prezidentin fərmanına əsasən qanun layihəsinin prezidentə təqdim olunması üçün 3 ay vaxt verilib. Fevral ayının sonuna qədər yəqin ki, layihə prezidentə təqdim olunacaq”.

Günel