3 ayda qəzalarda 33 nəfər ölüb

3-ayda-qezalarda-33-nefer-olub
Oxunma sayı: 655

Bu ilin ilk 3 ayında paytaxt ərazisində baş vermiş 116 yol qəzasında 33 nəfər həlak olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən müşavirədə bildirilib.

Qəzalar nəticəsidə 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, ölənlərin sayı 36,5 faiz, xəsarət alanların sayı isə 0,9  faiz azalıb.

Yоl hərəkətinə nəzаrət prоsеsində 173.467, о cümlədən sürət rеjiminə əməl оlunmаmаsı ilə bağlı 85.145, ötmə və manevr qaydalarının pozulmаsı ilə əlаqədаr 9.569 nəqliyyаt vаsitəsinin sərхоş vəziyyətdə idаrə оlunmаsı ilə bаğlı 566 inzibаti хətа aşkar еdilib.

Əməliyyat müşavirəsinə yekun vuran baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verdiyini, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını qeyd edib.