3 aylıq körpəni acından öldürdülər - Foto

3-ayliq-korpeni-acindan-oldurduler-foto
Oxunma sayı: 635

“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarına zənğ edən bina sakinləri bildiriblər ki, qonşuluqda yaşayan cütlük yeni doğulmuş körpəyə baxmır və hətta onu gəzintiyə belə çıxarmır.

Qonşuların sözlərinə görə, bir neçə ay əvvəl doğulan qız bir dəfə də olsun havada olmayıb. Uşağın sağ olmasını qonşular yalnız ara-sıra mənzildən gələn körpə səsindən biliblər.

Mənzilə gələn polisləri valideynlər içəri buraxmaq istəməyiblər. Zorla mənzilə daxil olanda isə onlar gördüklərindən dəhşətə gəliblər. Çarpayıda konslağer uşaqlarına bənzəyən körpə olub. Arıq və halsız olan qızı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, uşağın ölümünə səbəb aclıq olub.

Valideynləri bu vəhşiliyə görə 5 ilədək həbs gözləyir.