3-cü dəfə “Eurovision”a getmək arzusundadır

3-cu-defe-eurovisiona-getmek-arzusundadir
Oxunma sayı: 982

Rusiyanın tanınmış müğənnisi Dima Bilan üçüncü dəfə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak etmək istəyir. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu haqda “Love Radio”nun efirində danışıb.

D. Bilan əmindir ki, Avropa tamaşaçısı onu böyük zövqlə qarşılayacaq. “Üçüncü dəfə mütləq yoxlamaq lazımdır, çünki məni o səhnədə bir daha görmək istəyən çox sayda insan var”, - deyə ifaçı bildirib.

Qeyd edək ki, Dima Bilan sözügedən müsabiqədə 2006-cı ildə ikinci yerə, 2008-ci ildə isə birinci yerə layiq görülüb.