3-cü dəfə “Survivor”a gedir

3-cu-defe-survivora-gedir
Oxunma sayı: 2819

“Survivor 2018” yarışmasına gedəcək ikinci iştirakçının adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ilk iştirakçı ötən həftə “Beyaz Show” verilişində açıqlanmışdı.

Belə ki, verilişdə qonaq olan Acun Ilıcalı İğdırdan İstanbula “Survivor” üçün piyada gələn Cumali Akgül adlı şəxsi yarışmaya qəbul etmişdi.

Bu gün isə daha öncə yarışmada iki dəfə qalib olan Turabinin açıqlaması gündəmə düşüb. O, sosial şəbəkədə “Surivor”a üçüncü dəfə gedəcəyini elan edib.

Qeyd edək ki, “Survivor 2018”də “All star” adlanacaq “Məşhurlar” komandası daha öncəki illərdə yarışmada olan tanınmış iştirakçılardan təşkil olunacaq.