3 güləşçimiz yarımfinalda - Yenilənir

3-gulescimiz-yarimfinalda
Oxunma sayı: 2850

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. “Qafqazinfo”  xəbər verir ki, bu gün güləş yarışlarına start veriləcək.

Mübarizəyə sərbəst güləşçilər başlayacaq. Dünən 57, 74, 86 və 125 kq-da püşkatma mərasimi keçirilib və bu çəkilərdə çıxış edən yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulacaq.

Mahir Əmiraslanov (57 kq) ilk olaraq bolqarıstanlı Georgi Vangelovu üstələməli olacaq. 74 kq çəkidə olan Hacımurad Hacıyevin rəqibi Soner Dəmirtaş (Türkiyə) olacaq. Aleksandr Qostiyev moldovalı Deniv Balaurla qarşılaşacaq. 125 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Camaləddin Məhəmmədov isə Vitali Piasniakı (Belarus) sınağa çəkəcək.

***

57 kq

Mahir Əmiraslanov mübarizəyə Georgi Vangelova qarşı görüşlə başlayıb. Bolqarıstan idmançısı üzərində çətin qələbə qazanan (6:5) pəhləvanımızın 1/4 finaldakı qurbanı Vladimir Yeqorova (Şimali Makedoniya) olub - 4:0. Əmiraslanov yarımfinalda Rusiya təmsilçisi Zavur Uğuyevlə görüşəcək.

***

Güləşçimiz Hacımurad Hacıyev 3 qat Avropa çempionu Soner Demirtaşa 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

***

86 kq

Aleksandr Qostiyev ilk görüşündə Belarus təmsilçisi Denis Balaura göz açmağa imkan verməyib - 7:1. Onun növbəti mərhələdəki rəqibi gürcüstanlı Sandro Aminaşvili olub. Güləşçimiz bu dəfə də döşəyi qalib (6:2) tərk edib. Qostiyevin final yolunda son rəqibi Dauren Kuruqliyev (Rusiya) olacaq.

***

125 kq

Camaləddin Məhəmmədov da belaruslu rəqibindən üstün olub. Belə ki, o, Vitali Pyasnyak üzərində 6:0 hesablı qələbə qazanıb. Güləşçimiz yarımfinal yolunda Daniel Ligetini (Macarıstan) çətinliklə (6:5) məğlub edib. O, yarımfinalda gürcüstanlı Givi Matkaraşvilini sınağa çəkəcək.