3 il sonra yenidən “Eurovision”da oxuyacaq

3-il-sonra-yeniden-eurovisionda-oxuyacaq
Oxunma sayı: 1331

35 yaşlı Sergey Lazarev builki “Eurovision” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xüsusi mənbələr mətbuata məlumat ötürüb. Müğənninin iştirakı ilə bağlı rəsmi açıqlama isə yanvarın sonunda veriləcək. Lazarev 2016-cı ildə də ölkəsini “Eurovision”da təmsil etmişdi. 

Qeyd edək ki, müsabiqə 14-18 mayda İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək.