Azərbaycanın iki tanınmış müğənnisi Niyam Salami ilə Kərim Abbasov barışıb.
“Qafqazinfo” xəbər verir ki, onlar 3 ildir ki, aralarında yaranan incikliyi aradan qaldırıblar. Niyam və Kərimin bir arada çəkilən fotolarını rəqqasə Fatimə Fətəliyeva instaqramda paylaşıb.
O, yeni layihəsində iştirak edən müğənnilərə təşəkkürünü bildirib.
Qeyd edək ki, “ATV maqazin onlarla” verilişində hər iki sənətçi bir-birinin ünvanına sərt sözlər demişdi.