3 lotoreya bileti aldı, ikisi 16 milyon dollar qazandı

3-lotoreya-bileti-aldi-ikisi-16-milyon-dollar-qazandi
Oxunma sayı: 4221

Avstraliyada dünyada nadir hallarda baş verə biləcək hadisə yaşanıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bir nəfər Melburn şəhərində iki fərqli kassadan 3 lotoreya bileti alıb.

Həmin şəxs bir biletdən pul qazanmağı gözlədiyi halda, xoşbəxtlikdən iki bileti 16 milyon dollar, ümumilikdə 32 milyon dollar miqdarda pul qazanıb.

Adı açıqlanmayan həmin şəxsin 30 ildir lotoreya biletlərinə 20 min dollardan çox pul xərclədiyi və həmişə eyni rəqəmləri oynadığı bildirilir.