3 milyard 783 milyon manat…

3-milyard-783-milyon-manat
Oxunma sayı: 2063


“Qafqazinfo” xəbər verir ki, bu haqda maliyyə naziri Samir Şərifov deyib. Nilli Məclisdə 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı nazir bildirib ki, növbəti il büdcədən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq.  Nazir bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini, cəbhə xəttində təxribatlarını davam etdirdiyi bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin təminatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə əsaslandırmalara ehtiyac yoxdur. 

Qeyd edək ki, bu məbləğ 2014-cü il müdafiə xərclərindən 809 milyon manat çoxdur. 

Günel