3 milyondan çox sərnişin...

3 milyondan çox sərnişin...
Oxunma sayı: 897

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 3,46 milyon sərnişinə xidmət göstərib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20 faizdən çox artıb və bütün 2016-ci il üzrə ümumi statistikanı ötüb.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2 milyon sərnişin düşüb ki, bunun da 504 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 50,6 faizi AZAL-ın, 49,4 faizi xarici aviadaşıyıcıların hesabına həyata keçirilib.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,1 milyon sərnişin bu istiqamətlərə uçub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi