“3 min manata geyim alıram”- - Təranə+Fotolar

3-min-manata-geyim-aliram-
Oxunma sayı: 3973


Tanınmış prodüser “Qafqazinfo”ya açıqlamasında geyimlərə çox pul xərcləmədiyini bildirib:

“Geyimlərimi daim özüm seçirəm. Əvvəllər kilolu olduğum üçün geyim seçimi çətin olurdu. Çalışıram elə geyinim ki, çox cəlbedici, vulqar, gözəçarpan olmasın. Geyimə çox pul xərcləmirəm. Hər gün verilişim efirə getdiyi üçün yeni paltarlar verirlər, geyim almağa ehtiyac olmur. Bəzən 3 min manata, bəzən 100 manata geyim alıram. Elə ay olur ki, geyimə pul xərcləmirəm, nə paltarım varsa, onu geyinirəm. Hazırda əynimdə olan geyim və aksesuarlarda çox bahalı deyil. Donum 180 manatdır. Ayaqqabımı keçən il Türkiyədə hədiyyə ediblər, brenddir, 480 manatdır. Sırğamı anam alıb, dəyəri mənim üçün yüksəkdir, 150 manat civarındadır. Saatımı Kiyevdə bağışlayıblar. Çantamı 200 manata almışam”.

Könül