3 nəfər ölümdən xilas olundu

3-nefer-olumden-xilas-olundu
Oxunma sayı: 646

Dənizdə batan 3 nəfər xilas edilib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisində günün ayrı-ayri vaxtlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.