3 nəfərə 60 min manat “atan”a hökm oxundu

3-nefere-60-min-manat-atana-hokm-oxundu
Oxunma sayı: 1169

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərə 60 min manat “ataraq” dələduzluq etməkdə təqsirləndirilən Mürsəl İsrafilova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmənin hökmü ilə M.İsrailov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, M.İsrafilov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxlama, əldə etmə, qanunsuz hazırlama) maddələri ilə ittiham edilib.

Murad Əhməd